RU

Avrokuboklara vəsiqə şansını itirən klubun rəhbərliyindən 2 SƏRT QƏRAR!

Son 10 oyunda qələbə üzünə həsrət qalan «Sumqayıt»ın rəhbərliyi artıq futbolçulara öz sərt üzünü göstərib.

Uğursuzluq seriyasının uzanmasına adekvat olaraq iki qərar verilib.

«Gənclik şəhəri» təmsilçisi Premyer Liqada mövsümün sonunadək bir daha mükafat almayacaq.

Həmçinin komanda oyunlardan öncə təlim-məşq toplanışı keçməyəcək. «Kimyaçılar» yalnız matç günü yığışacaq və meydana ayaq basacaq.

İdarəçilərin bu mövqeyi başadüşüləndir. Saşa İliçin çalışdırdığı kollektiv ölkə kubokunda mübarizəni erkən - ¼ final mərhələsində dayandırıb.

Çempionatda vəziyyət ürəkaçan deyil: 24 turdan sonra turnir cədvəloində yeddinci pilləyə eniblər. Aktivində 32 xalı olan «Sumqayıt» de-fakto medalçılar sırasına düşmək şansını itirib.

Avrokuboklara vəsiqə ehtimalı praktiki cəhətdən 0-a enibsə, niyə artıq cərcə düşsünlər ki?

SPORTİNFO.AZ

Избранный
15
sportinfo.az

1Источники