RU

Uşaqda zorakılıq əlamətləri barədə məlumat verməyənlər 600 manatadək cərimə ediləcək

Bakı. Trend:

Uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsibarədə məlumatın verilməməsinə görə cərimə tətbiq ediləcək.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsibarədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, uşaqda zorakılıq hərəkətlərininəlamətlərinin aşkar edilməsi barədə məlumatın valideynlər (onlarıəvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirməkvəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət,istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləritərəfindən aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrəaidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyayaverilməməsinə görə fiziki şəxslər 200 manatdan 300manatadək məbləğdə, vəzifəli şəxslər 400 manatdan600 manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaqbirinci oxunuşda qəbul edilib.

Məqalədə:
Избранный
11
1
az.trend.az

7Источники