RU

Bu bölgələrdə 17 dərəcə isti olacaq - Rayonların havası

Martın 18-i üçün Azərbaycanın rayon və şəhərlərində gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə "Yeni Sabah" Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulacaq və əsasən yağmursuz keçəcək, lakin səhər bəzi yerlərdə az çiskinli ola bilər. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsəcək, arabir duman olacaq və şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacaq.

Naxçıvan şəhəri və rayonlarında (Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur) hava əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı ola bilər. Arabir duman olacaq və şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy və Göygöldə bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, ayrı-ayrı yerlərdə qısamüddətli intensiv yağıntı, şimşək çaxması və dolu düşmə ehtimalı var. Axşam yağıntılar tədricən kəsəcək, arabir duman olacaq və şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

Şərqi Zəngəzur rayonlarında (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan) bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxması və dolu düşmə ehtimalı var. Səhər yağıntılar tədricən kəsəcək, arabir duman olacaq və şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, dağlıq ərazilərdə 2°-dək şaxta, gündüz 8-13° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsəcək, arabir duman olacaq və şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv yağıntı, şimşək çaxması və dolu düşmə ehtimalı var. Axşama doğru qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsəcək, arabir duman olacaq və şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 7-12° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq və şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabadda hava əsasən yağmursuz olacaq, lakin gündüz bəzi yerlərdə arabir yağıntılı ola bilər. Arabir duman olacaq və şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-6° isti, gündüz 7-12° isti olacaq.


Telegram kanalımız
Избранный
41
49
yenisabah.az

10Источники