RU

"Neftçi" niyə "Qarabağ"la ard-arda oynayacaq?: BELƏ İSTƏDİLƏR - ÖZƏL

Təxirə salınmış "Neftçi" - "Qarabağ" matçı ilə bağlı daha bir detal bəlli olub.

Apasport.az saytının əldə etdiyi məlumata görə, oyunun keçirilmə tarixi ilə bağlı yekun qərarı "Neftçi" verib.

Belə ki, PFL tərəfindən qarşılaşmanın yeni vaxtı üçün iki variant təklif olunub.

İlkin versiya həmin görüşün XXVII və XXVIII tur aralığına salınması olub. Lakin "Neftçi" həmin ərəfədə "Araz-Naxçıvan" və "Zirə" ilə qarşılaşacağından bunu məqbul hesab etməyib.

Nəticə etibarilə "ağ-qaralar" təklif olunan digər variantı seçib. Buna səbəb klubun avrokuboklara mübarizədə rəqibi olan komandalarla görüşü daha ciddi hesab etməsi olub.

PFL-in təklifi və "Neftçi"nin razılığı əsasında görüş aprelin 30-na təyin olunub. Beləliklə, komandalar 1 həftə ərzində iki dəfə qarşılaşacaq.

Rəhim Həsənov mübahisəli epizodları şərh edib - VİDEO

Millimizin heyəti bəlli olub

"Şirvan" və "Şəki Siti"dən qələbə

XVIII turun təyinatları açıqlandı

Ayın qolunun müəllifi mükafatlandırılıb

Избранный
16
apasport.az

1Источники