RU

Sertifikatlaşdırmada 80 faizdən daha çox nəticə göstərənlərin maaşları 35 faiz artırılsın Milli Məclisdə TƏKLİF

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

“Mövcud qaydalara əsasən, sertifikatlaşdırmanın imtahan mərhələsində 30-50 bal toplayanların əməkhaqları 10 faiz, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faiz artır. Daha çox təhsilverənin sertifikaslaşdırmaya cəlb ediləcəyini nəzərə alaraq bu qaydaların da dəyişdirilməsi məqsədəuyğundur. İmtahanlarda 51 baldan deyil, 80 faizindən daha çoxunu toplayanların maaşlarının sonuncu pillə, yəni 35 faiz artırılması uyğun olardı”.

Redaktor.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov Milli Məclisin bugünkü plenar iclasında bildirib.Onun sözlərinə görə, bu halda 48 və daha çox bal toplayan müəllimlərdə maaş artımları 35 faiz olar, bu da sözügedən sektorda əməyin daha yaxşı qiymətləndilməsinə imkan verə bilər:

“Hazırda 48-51 ballar toplayan müəllimlərdə əməkhaqqı artımı 35 deyil, 10 faizdir. Mövcud qaydalarda 50 bal toplayan müəllimin maaşında 10 faiz, cəmi 1 bal çox toplayanda isə 35 faiz artım olur. Beynəlxalq qiymətləndirmə standardlarına uyğun olaraq, 80 faizdən daha çox nəticə göstərənlərin maaşların 10 deyil, 35 faiz artırılması məqsədəuyğundur”.

V.Bayramov deyib ki, Əmək Məcəlləsinin 67.2 maddəsinə təklif edilən dəyişikliklərə əsasən, bütövlükdə incəsənət məktəblərində çalışan təhsilverilənlər də sertifikatlaşdırma imtahanlarına cəlb olunacaqlar.

"Həmin maddəyə əsasən, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür və eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. Bununla belə, təklif edərdim ki, həmin maddə üzrə sertifikatlaşdırmaya cəlb edilməyən vətəndaşlarımızın siyahısı genişləndirilsin”, - deyə millət vəkili əlavə edib.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
47
24
redaktor.az

10Источники