RU

“Böyük tənəffüs”: Məktəblilər üçün yeni idman yarışı başlayıb - VİDEO

Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və İdman TV-nin birgə əməkdaşlığı çərçivəsində məktəblilər arasında “Böyük tənəffüs” adlı idman yarışı televiziya layihəsinə start verilib.

Layihənin məqsədi ümumi təhsil müəssisələrində təhsil alanların fiziki aktivliyini artırmaq, onların idmana marağını gücləndirmək, sağlam həyat tərzini təşviq etmək və şagirdlərin psixoloji inkişafını dəstəkləməkdir.

Yarışı hər həftənin bazar günü saat 11:00-da İdman TV-də izləyə bilərsiniz.

İdmansevərləri və bütün məktəbliləri bu maraqlı və dinamik yarışı izləməyə dəvət edirik.

Enerji, komanda ruhu və idman həyəcanı – “Böyük tənəffüs” layihəsinin anons videosu ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz:

https://www.instagram.com/reel/DV-leKLkyBe/?utm_source=ig_web_copy_link

Kadrarxası çəkiliş: https://www.instagram.com/reel/DVsQsgok0Xo/?utm_source=ig_web_button_share_sheet

"Cebheinfo.az"

Избранный
61
1
cebheinfo.az

2Источники