RU

Bakıda yaşayış binasında yanğın olub, 7 nəfər tüstüdən zəhərlənib

Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən yaşayış binasında baş verən yanğın zamanı 7 nəfər zəhərlənib.

Bu barədə SİA-ya Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, onlardan 5-i böyük, 2-si uşaqdır. Sözügedən şəxslər tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə hospitalizasiya olunub.

Həmçinin, bildirilib ki, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.

Избранный
1
1
sia.az

2Источники