RU

Zelenski: Yaxın aylarda Yaxın Şərqdə vəziyyət daha da gərginləşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, yaxın aylarda Yaxın Şərqdə vəziyyət daha da gərginləşəcək.

"Far.Az" xəbər verir ki, Ukrayna lideri bunu İsrailin "The Jerusalem Post" nəşrinə müsahibəsində bildirib.

"Vəziyyət daha da gərginləşəcək. Onlar (İran – red.) region ölkələrinin əhalini elektrik enerjisi və su ilə təmin edə bilməməsi üçün hər şeyi edəcəklər", - Zelenski deyib.

Onun sözlərinə görə, Rusiya İranın "Şahed" pilotsuz uçuş aparatlarını təkmilləşdirməsinə kömək edib və onların sınaqdan keçirilməsi üçün Ukraynadan "poliqon" kimi istifadə edib.

Zelenski, həmçinin qeyd edib ki, bu gün İsrail, Fars körfəzi ölkələri və ABŞ-nin üzləşdiyi təhlükə Ukraynanın dinc sakinlərinə qarşı illərlə davam edən hücumlar nəticəsində formalaşıb.

"Bizim bu dronlarla bağlı dəhşətli təcrübəmiz olub. Hər gün - gecə və gündüz bizə doğru 350-500 İran "Şahed"i atılırdı", - o deyib.

Ukrayna lideri bildirib ki, Rusiya və İran arasında əməkdaşlıq təkcə Tehranın Moskvaya PUA tədarükü ilə məhdudlaşmır, həm də Rusiyanın onların modernləşdirilməsinə göstərdiyi yardımı da əhatə edir.

Zelenskinin sözlərinə görə, Ukrayna İranı pilotsuz uçuş aparatlarının mülki obyektlərə qarşı istifadə olunacağı barədə xəbərdarlıq edərək Rusiyaya dron verməməyə razı salmağa çalışıb. Lakin İran tərəfi tədarükün real sayını gizlədirdi: "Onlar deyirdilər ki, 1200-1300 ədəd satıblar - vəssalam. Amma bu, həqiqət deyildi".

Zelenski İranı Rusiyaya pilotsuz uçuş aparatlarının istehsalı üçün lisenziyalar verməkdə, həmçinin iki zavodun yaradılmasına və ilkin mərhələdə kadr hazırlığına kömək etməkdə günahlandırıb.

Rusiyanın İrana modernləşdirilmiş texnologiyalar verib-vermədiyi ilə bağlı sualı cavablandıran Zelenski deyib: "Bəli, buna əminəm". O əlavə edib ki, Yaxın Şərq ölkələrindən birində vurulan pilotsuz uçuş aparatında Rusiya istehsalı olan elementlər aşkar edilib.

Избранный
34
far.az

1Источники