2025-ci ildə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi 1 milyard 176,9 milyon dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunlarına dair tədiyə balansının açıqlamasına həsr olunmuş brifinqdə deyib.
O bildirib ki, hesabat dövründə Azərbaycandan xaricə göndərilən pul baratlarının həcmi 505 milyon dollar olub.
“Azərbaycana daxil olan pul baratlarının əsas hissəsi Rusiya Federasiyası (479,3 milyon dollar), Türkiyə (193,1 milyon dollar), ABŞ (100,7 milyon dollar), Gürcüstan (43,6 milyon dollar), Böyük Britaniya (42,4 milyon dollar), Gürcüstan (43,5 milyon dollar) üzrə formalaşıb”, - deyə departament rəhbəri vurğulayıb.