RU

MM sürücülərə protokolun surətinin təqdim edilməsi qaydasındakı dəyişikliyi qəbul edib

ain.az, 525.az saytına istinadən bildirir.

Milli Məclis yol polisi üçün dayanma və ya durma, parklanma qaydalarının pozulmasına görə protokolun surətinin təqdim edilməsi qaydasındakı dəyişikliyi qəbul edib.

525.az xəbər verir ki, bununla bağlı "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, dayanma və ya durma qaydalarının, parklanma qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən inzibati xəta haqqında qərarın surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulması tələbi aradan qaldırılır.

Bildirilib ki, bu sənədlərin çatdırılması real vaxt rejimində həyata keçirildiyi üçün kağız formatın aradan qalxması zərurətindən yaranıb.

Bundan əlavə, qanun layihəsində bildirilib ki, "Yol hərəkəti haqqında" Qanunda nəzərdə tutulmuş nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydalarını tənzimləyən normalarında, barələrində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxslərə sənədlərin çatdırılması öhdəliyi müəyyən edilir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, qərarın rəsmi verilməsi həmin qərarın verildiyi vaxt hesab olunur. Təklif edilən növbəti dəyişiklikdə isə sənədlərin rəsmi verilməsi vaxtı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə SMS məlumat çatdırıldığı vaxt və ya müvafiq sənədlərlə tanış olduğu vaxt hesab olunur.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
7
525.az

10Источники