RU

“Real”ın hücumçusu sağala bilmir

“Real”ın hücumçusu Qonsalo Qarsiya dizindəki problem səbəbindən hələ də tam formada deyil.

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı futbolçu konservativ müalicədən sonra özünü yaxşı hiss etsə də, mikrozədə onun bəzi hərəkətlərinə mane olur.

Son bir ayda 5 oyunda şans qazanan Qarsiya cəmi 2 dəfə start heyətində yer alıb və məhsuldar çıxışı ilə seçilməyib.

İspaniyalı forvard cari mövsümdə La Liqada 23 oyunda 4 qol vurub.

Избранный
21
idmanxeber.az

1Источники