RU

Azərbaycanda pensiyaçıların sayı açıqlandı

Bakı. Trend:

Hazırda Azərbaycanda 1 milyon 99 min pensiyaçı qeydiyyatdankeçmişdir və bu ölkə əhalisinin 10.7 faizi deməkdir. Pensiyaçıların65 faizi yaşa görə pensiya alır.

Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasətkomitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünkü plenariclasında deyib.

Millət vəkili bildirib ki, pensiya məbləğlərində artımtendensiyası davam etməkdədir.

“2025-ci ildə pensiya məbləğləri 9,1 faiz artaraq 541,6 manataçatıb. Yaşa görə pensiya məbləğində 8,9 faiz, əlilliyə görə pensiyaməbləğində 8,7 faiz, ailə başçısını itirməyə görə pensiyaməbləğində isə 9,4 faiz artım qeydə alınıb. Aylıq sosial müavinətalanları sayı 4,1 faiz artıb. Hazırda 472 min vətəndaşımız aylıqmüavinət alırlar”.

Deputat vurğulayıb ki, çoxuşaqlı ailələrin dəstəklənməsiprioritet olaraq qalmaqdadır:

“Çoxuşaqlı ailələrdə aylıq müavinət alan uşaqların sayında 7,3faiz artım qeydə alınıb. 1 yaşınadək uşağı olan və aylıq müavinətalan ailələrin sayında isə 17.6 faiz artım olub”.

V.Bayramov əlavə edib ki, qanunvericiyə edilən sondəyişikliklərdən sonra əlilliyi olan övladlığa götürülən uşaqlarınsayı isə 40 faiz artıb:

“İnkluzivliyi dəstəkləyən bu humanitar fəaliyyət əlilliyi olandaha çox uşaqların övladlığa götürülməsi imkan yaradıb. 2026-cı ilyanvarın 1-i vəziyyətinə 76,1 min aztəminatlı ailənin 336,0 minüzvü ünvanlı dövlət sosial yardımı alıb ki, bu vəsaitlər ödənilənzaman ailədəki uşaqların sayı da nəzərə alınır”.

Избранный
24
10
az.trend.az

6Источники