RU

İran Futbol Federasiyasından FIFA-ya müraciət: ABŞ-ni istəmirik...

İran Futbol Federasiyası FIFA-ya müraciət edib.

"Yeni Sabah" xəbər verir ki, müraciətdə 2026-cı il Dünya çempionatı qrup mərhələsi oyunlarının ABŞ-dən Meksikaya keçirilməsi xahiş olunub.

İran Futbol Federasiyasının prezidenti Mehdi Təc bildirib: “Tramp açıq şəkildə bildirdi ki, İran milli komandasının təhlükəsizliyini təmin edə bilməz. ABŞ-yə getməyəcəyik. FIFA ilə Dünya çempionatının oyunlarının Meksikada keçirilməsi barədə danışıqlar aparırıq”.

Turnir ilk dəfə üç ölkədə  – ABŞ, Kanada və Meksika (11 iyun-19 iyul tarixlərində) keçiriləcək. İlkin cədvələ əsasən, İran milli komandası bütün 3 oyununu ABŞ ərazisində keçirməlidir.

Daha öncə İranın DÇ-2026-dan imtina etmək istədiyi açıqlanıb. Lakin Asiya Futbol Konfederasiyasının baş katibi Vindzor Con bazar ertəsi bildirib ki, İran hələ də Dünya çempionatında iştirak etməyi planlaşdırır.


Telegram kanalımız
Избранный
8
3
yenisabah.az

4Источники