Ajans.az xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Papağı atan da xoşbəxtdir, qapısı döyülən də... Bu dəfə nəvələr nənə-babalarımızı sevindirdi. Sosial Xidmətlər Agentliyinin tabeliyində olan uşaq evlərinin sakinləri Novruz bayramı münasibətilə "Ahıllar evi"indəki böyüklərimizi ziyarət edərək onlarla maraqlı və əyləncəli gün keçiriblər.