RU

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Suraxanı rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq


Manset.az xəbər verir ki, bununla bağlı Azərişıq ASC məlumat yayıb.

Bildirilib ki, bu gün Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 6/0.4 kV-luq Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 12:00-dan 16:00-dək Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov küçəsi və yeni yaşayış massivində  elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Избранный
44
25
manset.az

10Источники