Ötən il Azərbaycan neftinin orta qiyməti 68,5 dollar təşkil edib...
Poliqon xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.
O bildirib ki, 2024-cü ildə bu rəqəm 84 dollar təşkil edib. Başqa sözlə ötən il neftin orta qiyməti 18,5% azalıb.
Təbii qazın min kubmetrinin qiyməti isə 289 dollar təşkil edib ki, bu da 5,5 % artım deməkdir.
Poliqon.info