RU

DYP qeyri-iş günləri ilə əlaqədar əhaliyə müraciət edib

Bakı. Trend:

Bayramla əlaqədar qeyri-iş günlərində vətəndaş məmnunluğununtəmin edilməsi məqsədilə, paytaxtın Sabunçu və Qaradağ rayonlarıərazisində yerləşən texniki müayinə mərkəzləri fasiləsiz olaraq,hər gün saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Trend xəbərverir ki, bu barədə məlumat Baş Dövlət Yol Polisi İdarəsininqeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciətindəəks olunub.

"Bununla yanaşı, qeyri-iş günlərində nəqliyyat vasitələri iləbağlı qeydiyyat hərəkətlərinin aparılması, həmçinin təyin olunmuşimtahanların keçirilməsi prosesində fasiləsizliyin təmin edilməsiüçün Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsində,eləcə də regionlarda fəaliyyət göstərən qeydiyyat-imtahan vətexniki baxış şöbələrində xidmət saat 09:00-dan 18:00-dək təşkilolunacaq.

Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarınınçoxluğunu və yaradılmış imkanları dəyərləndirərək istər texnikibaxış, istərsə də qeydiyyat-imtahanla bağlı adi iş günlərdə olduğukimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər",müraciətdə bildirilir.

Избранный
23
39
az.trend.az

10Источники