BAKI, 17 mart. TELEQRAF
2025-ci ildə cari əməliyyatlar balansında 3.5 milyard dollar profisit formalaşıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunlarına dair Tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
Hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 4.6% təşkil edib.