RU

Rusiya bu gecə 206 Ukrayan PUA-sını vurub

Rusiya ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumunun qarşısının alındığı bildirilib.

Vətəninfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hava hücumundan müdafiə qüvvələri gecə ərzində ümumilikdə 206 Ukrayna PUA-sını məhv edib.

Məlumata əsasən, zərərsizləşdirilən dronların bölgələr üzrə bölgüsü belədir: Bryansk vilayəti üzərində 62, Moskva vilayəti üzərində 43 (onlardan 40-ı paytaxta doğru hərəkət edirmiş), Krasnodar vilayəti üzərində 28, Krım üzərində 18, Smolensk vilayəti üzərində 12, Kaluga vilayəti üzərində 9, Belqorod vilayəti üzərində 8, Rostov vilayəti üzərində 6, Leninqrad vilayəti üzərində 4, Həştərxan vilayəti üzərində 3, Adıgey üzərində 1 PUA vurulub. Bundan əlavə, Azov dənizi üzərində 12 pilotsuz aparat məhv edilib.

Bundan əvvəl də Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətinin Trubçevsk rayonunun Belaya Berezka kəndində hərəkətdə olan nəqliyyat vasitəsinə kamikadze dronlarla hücum etdiyi bildirilmişdi. Hadisə nəticəsində iki mülki şəxs yaralanıb.

Həmçinin Starodub şəhərinə edilən digər PUA hücumu zamanı bir mülki şəxsin xəsarət aldığı qeyd olunur.

Избранный
48
veteninfo.az

1Источники