RU

ABŞ-nin Hörmüz boğazında koalisiya yaratmaq cəhdləri uğursuzluğa düçar olur

Bakı, 17 mart, AZƏRTAC

ABŞ-nin Hörmüz boğazında gəmiçiliyi bərpa etmək üçün koalisiya yaratmaq cəhdləri hələlik nəticə verməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb. Amerika tərəfdaşlarının bəziləri koalisiyaya qoşulmaqda tərəddüd edir, bəziləri isə “yox” cavabı verir.

Mənbələr bildirib ki, Tramp administrasiyası Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Avstraliya, Kanada, Körfəz ölkələri və İordaniyanı belə bir ittifaqa daxil etməyə çalışır. ABŞ eyni təkliflə Yaponiya və Cənubi Koreyaya da müraciət edib. Lakin Almaniya, İtaliya və Yaponiya liderləri bölgəyə dəniz gəmiləri göndərməyi istisna ediblər. Fransa Prezidenti Emmanuel Makron isə təklifə hələlik qəti cavab verməyib.

Bundan əvvəl Avropa İttifaqının diplomatik xidmətinin başçısı Kaya Kallas Aİ xarici işlər nazirlərinin Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina etdiyini açıqlamışdı.

Избранный
53
3
azertag.az

4Источники