RU

"Braziliya pasportunun olmaması təəssüf doğurur"

"Real Madrid"in keçmiş baş məşqçisi Karlo Ançelotti "kral klubu"nun uruqvaylı yarımmüdafiəçisi Federiko Valverde haqqında danışıb.

90deqiqe.Az xəbər verir ki, "ESPN" çalışdırıcının dediklərini belə çatdırıb.

"Federikonun qollarını bəyəndim. Onun nailiyyəti məni təəccübləndirmədi. O, inanılmaz qollar vurdu. Oyundan sonra ona aşağıdakı mesajı göndərdim: "Braziliya pasportunun olmaması təəssüf doğurur"

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Siti"yə qarşı (3-0) bu yaxınlarda keçirilən oyununda yarımmüdafiəçi het-trik edib.

Xatırladaq ki, Ançelotti hazırda Braziliya millisinin baş məşqçisi vəzifəsində çalışır. Bu mövsüm Federiko 40 oyunda meydana çıxıb, yeddi qol vurub və 12 məhsuldar ötürmə edib.

Избранный
38
90deqiqe.az

1Источники