RU

Bakıya uçan hərbi təyyarə ilə bağlı İrəvandan açıqlama

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus “Lockheed Martin C-130J-30 Super Hercules” təyyarəsinin Ermənistan üzərindən Azərbaycana uçuşu diplomatik məqsədlər üçün həyata keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən yerli KİV-in sorğusuna cavab olaraq bildirilib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, C-130J-nin Bufarikdən Bakıya uçuşu diplomatik məqsədlər üçün həyata keçirilib.

Qeyd edilib ki, təyyarə fevralda Ankaradan Bakıya və Bakıdan Bufarikə (Əlcəzair) uçuşlar üçün Ermənistan hava məkanından istifadə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
63
2
globalinfo.az

10Источники