ABŞ və İsrail qüvvələri bu gün İranın Ərak şəhəri yaxınlığındakı bir kənd evinə hücum edib. Nəticədə Müctəba adlı 3 günlük körpə, 2 yaşlı bacısı və nənələri həlak olublar.
Redaktor.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
SEPAH düşməni Müctəbanın qisasını alacağı ilə hədələyib: "3 günlük Müctəbanın haqsız yerə tökülən qanı bizi alçaq Amerika və Sionist quldurlarına qarşı müharibədə daha qətiyyətli edir. Bu cinayətlərin komandirləri, günahkarları və davamçıları məzlum Müctəbanın qanının qisasını alacağımızı gözləməlidirlər".