RU

Efiopiyada “ASAN xidmət” mərkəzlərinin açılışı olub FOTOLAR

Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Efiopiya tərəfinin dəvəti əsasında Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev Adama şəhərində baş tutmuş açılış mərasimində iştirak edib. Efiopiya tərəfindən isə Federal Dövlət Xidməti Komissiyasının rəhbəri Mekuria Hayle, Oromiya regionunun vitse-prezidenti Avelu Abdi və digər rəsmi şəxslər qatılıblar. Müvafiq xidmət mərkəzlərində əhaliyə dövlət qurumları və özəl təşkilatlar tərəfindən ümumilikdə 130-dan çox xidmət təqdim olunur. Mərkəzlərin infrastrukturuna xidmət masaları, məlumat məntəqələri, gözləmə otaqları, özünəxidmət nöqtələri və uşaq guşəsi daxildir. Hazırda Efiopiyada “ASAN xidmət” təcrübəsi əsasında 36 xidmət mərkəzi fəaliyyət göstərir. Cari ilin sonuna qədər 200-dən çox xidmət mərkəzinin açılışı planlaşdırılır. Xatırladaq ki, “ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin may ayında Dövlət Agentliyi ilə Efiopiyanın müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
41
11
azvision.az

10Источники