RU

Bu ixtisaslar üzrə plan yerləri AZALACAQ Abituryentlərə XƏBƏRDARLIQ

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yaxın günlərdə Milli Məclisdə keçirilən iclas zamanı birinci vitse-spiker Əli Əhmədov açıqlamasında qeyd etdi ki, Azərbaycanda doğulan uşaqların azalması gələcəkdə 50 min müəllimin ixtisarına səbəb ola bilər.Onun bu sözləri xeyli müzakirəyə səbəb olub. Xüsusilə hazırda pedaqoji ixtisaslarda təhsil alan və yaxud gələcəkdə müəllim olmaq istəyənlərdə narahatlıq yaradıb.Bəs əgər gələcəkdə yüzlərlə müəllimin işsiz qalması ehtimalı varsa, yaxın gələcəkdə pedaqoji ixtisaslarda qəbul yerlərinin azaldıla bilər?Bizim.Media mövzuyla bağlı təhsil eksperti Elçin Əfəndinin fikirlərini öyrənib. Ekspert də hazırki ilkin proqnozları təsdiqləyir:“Mövcud vəziyyət ürəkaçan deyil. Əhalinin, dünyaya gələn uşaqların sayı azalmağa doğru gedir. Şagirdlərin azalması müəllimlərin ixtisarına, bu isə növbəti illərdə bəzi pedaqojiyönümlü ixtisaslarda plan yerlərinin azalmasına səbəb olacaq”.Bəs pedaqoji fakültələrin tələbələri üçün çözüm nədir?

 

“Hazırda müəllimlik üzrə təhsil alan tələbələr isə öz sahələri üzrə yüksək göstəricilərə malik olmalıdırlar ki, iş imkanı əldə edə bilsinlər. Ancaq bir neçə il sonra bəzi pedaqoji ixtisaslara qəbul olanların sayı azalacaq. Əgər əhalinin demoqrafik vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər planı, layihələr hazırlanarsa, bu problem dəyişə bilər”.

Xatırladaq ki, 2025-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 95 875 doğulan körpə qeydə alınıb və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,4-ə düşüb.Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
1
bizim.media

2Источники