RU

Ukrayna dronları dördüncü gecədir ki, Moskvaya doğru uçur

Moskva bölgəsinə gecə hücumları ardıcıl dördüncü gündür davam edir. Dünən gecə hava hücumundan müdafiə qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus 38 pilotsuz təyyarəni vurub. Daüşntılar var.

Herbıand.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin milumat verib.

Xəsarət alanlar və ya ziyan barədə məlumat yoxdur. Moskva bölgəsinin sakinləri bir neçə istiqamətdə partlayışlar qeydə alıblar. Təcili yardım briqadaları işləyir.

Hücumlar yalnız Moskva bölgəsi ilə məhdudlaşmır. Leninqrad bölgəsində də PUA xəbərdarlığı edilib. Cənub-qərb rayonları üzərində Ukrayna Silahlı Qüvvələrinin dörd pilotsuz təyyarəsi məhv edilib və bölgənin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, hava hücumundan müdafiə əməliyyatları davam edir.

Избранный
54
herbiand.az

1Источники