RU

Tovuzda fərdi yaşayış evində partlayış baş verib, 3 nəfər xəsarət alıb

Tovuz, 17 mart, AZƏRTAC

Tovuzda fərdi yaşayış evində partlayış olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini 1967-ci il təvəllüdlü Z.Cəfərova məxsus 4 ortaqlı fərdi yaşayış evində qaz sızması nəticəsində anidən partlayış olub. Nəticədə 3 nəfər yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlara dərhal yardım edilsə də, hər üç yaralının vəziyyətinin ağır olması ilə bağlı Bakıya göndərilib.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müxbir - Ruslan Novruzoğlu

Избранный
55
2
azertag.az

10Источники