RU

Qazaxıstanda yeni Konstitusiya ilə bağlı referendum baş tutmuş elan edildi

BAKI, 17 mart. TELEQRAF

Qazaxıstan Mərkəzi Referendum Komissiyası 15 mart referendumunun keçirildiyini və ölkənin yeni Konstitusiyasının qəbul edildiyini bəyan edib.

Teleqraf xəbər verir ki, səsvermənin yekun nəticələri elan (87,15%) edildikdən sonra komissiya üzvləri yekdilliklə onun qəbul edilməsinə səs veriblər.

“Hər bölgədə vətəndaşların əksəriyyəti bu qərarı dəstəkləyib. 20 bölgəsi olan respublikanın ən azı üçdə iki bölgəsində vətəndaşların yarıdan çoxunun tələbi yerinə yetirilib. Buna görə də yeni Konstitusiya qəbul edilmiş hesab olunur”, - komissiya sədri Nurlan Abdirov bildirib.

Qeydiyyatdan keçmiş 12 482 613 seçicidən 7 954 667-si yeni Konstitusiyanın qəbul edilməsini dəstəkləyib. 898 099 nəfər əleyhinə səs verib.

Referendumda seçici fəallığı 73,12% təşkil edib. Ölkə daxili və xaricində 9 127 192 nəfər səsvermə məntəqələrinə gəlib.

Избранный
31
teleqraf.com

1Источники