
Paytaxt.org 32gun.az-a istiindala bildirir ki, avtoşluq və sürət həvəskarlarının paylaşım etdiyi səhifələrdə geniş müzakirə olunan bu görüntülər, izləyicilərin böyük marağına səbəb olub. İnternet resurslarında və sosial platformalarda aparılan araşdırmalar sözügedən bahalı nəqliyyat vasitələrinin sabiq millət vəkili Sabir Rüstəmxanlı və hazırkı deputat Tənzilə Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlıya məxsus olduğunu üzə çıxarıb.

Peşəkar fəaliyyəti və idman karyerası

Dövlət postu ilə yanaşı, o, həm də idman sahəsində fəaliyyət göstərərək "Azəryol" voleybol klubuna rəhbərlik edib, lakin onun rəhbərliyi dövründə klubun fəaliyyətinin əhəmiyyətli dərəcədə zəiflədiyi bildirilir.

Türkiyəyə köç və biznes fəaliyyəti
Yayılan xəbərlərə görə, Cəmil Rüstəmxanlı rəsmi istefa xəbərlərindən təxminən bir ay öncə, 2022-ci ilin noyabr ayında tutduğu vəzifədən ayrılıb. Məlumata görə, o, işindən ayrıldıqdan sonra Türkiyəyə köçüb və hazırda orada biznes fəaliyyəti ilə məşğul olur.

PS: Sözügedən məlumatlar həm sosial şəbəkələrdə, həm də müxtəlif xəbər portallarında yer alan iddialara istinadən hazırlanıb.
Həm sosial şəbəkələrdə, həm də yerli xəbər saytlarında yayılan məlumatlara görə, sözügedən nəqliyyat vasitələri məhz adıçəkilən şəxsə məxsusdur.

