RU

"Super El Nino" gəlir: Rekord isti xəbərdarlığı edildi

Alimlər 2026-cı ildə Sakit okeanda çox güclü bir El Nino hadisəsinin baş verə biləcəyini açıqlayıblar. Bu hadisə qlobal temperaturları kəskin artıra, ekstremal hava hadisələri və quraqlıq riskini yüksəldə bilər.

Milli.Az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) iyun-avqust ayları arasında Sakit okeanda suyun temperaturunun normaldan çox yüksələcəyi barədə xəbərdarlıq edib. Bu hadisənin baş vermə ehtimalı hazırda 62% ətrafındadır.

Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) modellərinə görə:

  • Orta şiddətli El Nino ehtimalı: 98%
  • Güclü El Nino ehtimalı: 80%
  • Nadir görülən "Süper El Nino" ehtimalı: 22%

ENSO Döngüsü: El Nino və La Nina nədir?
Normal şəraitdə küləklər isti suyu Cənubi Amerikadan Asiyaya doğru daşıyır. Bu zaman dərindəki soyuq su səthə çıxır. Lakin El Nino və La Nina bu balansı pozan zidd iqlim modelləridir və birlikdə ENSO (El Nino-Southern Oscillation) döngüsü adlanırlar.

La Nina (hazırkı vəziyyət): İsti su Asiya tərəfə axır. Bu, bəzi bölgələrdə quraqlıq, bəzilərində isə kəskin yağışlara səbəb olur.

El Nino: Küləklər zəifləyir, isti su yenidən qərbə - Amerika sahillərinə doğru hərəkət edir. Bu, Sakit okean səthində temperaturun ortalamadan 2°C-dən çox yüksəlməsinə səbəb olur ("Süper El Nino").

İsti suyun Sakit okeana qayıtması atmosfer axınlarını (jet stream) cənuba sürüşdürəcək. Bu isə aşağıdakı nəticələrə yol aça bilər:

İnsan amilli iqlim dəyişikliyi ilə birləşən bu hadisə, Paris Sazişində müəyyən edilmiş 1,5°C limitinin aşılmasına səbəb ola bilər.

ABŞ və Kanadanın şimalında kəskin istilər və quraqlıq, cənubda isə sel riskli yağışlar gözlənilir.

Ölkəmiz bu atmosfer hadisəsindən birbaşa təsirlənməsə də, qlobal iqlim dəyişikliyinin dolayı təsirləri hiss olunacaq. Bu, ekstremal hava şəraitinin (qəfil sellər, uzunmüddətli quraqlıq) artmasına, meşə yanğınlarına və kənd təsərrüfatında məhsuldarlığın azalmasına səbəb ola bilər.

Lalə Qüdrətova
Milli.Az

Избранный
65
1
milli.az

2Источники