RU

Azərbaycan banklarında 507 milyard manatlıq köçürmə

2025-ci il ərzində rəqəmsal bankçılıq xidmətlərindən istifadə göstəricilərində müsbət artım dinamikası müşahidə edilmişdir.

Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın "Rəqəmsal ödənişlər icmalı - 2025" buraxılışında deyilir.

Qeyd edilib ki, 01.01.2026-cı il tarixinə ölkədə fəaliyyət göstərən 21 bank, o cümlədən “Azərpoçt” MMC tərəfindən internet bankçılıq xidməti, 20 bank və “Azərpoçt” MMC tərəfindən isə mobil bankçılıq xidməti təqdim olunur. 2025-ci il ərzində bank müştərilərinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmələrin sayı 1 mlrd. 60 mln. ədəd, həcmi isə 507.4 mlrd. manat təşkil etmişdir.

Aparılan köçürmələrin say üzrə 94.4%-i, həcm üzrə isə 82.5%-i məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılmışdır.

2025-ci il ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi 2024-cü illə müqayisədə 12.4% artaraq 308.9 mlrd. manat, mobil bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi isə 14.3% artaraq 73 mlrd. manat olmuşdur.

İş elanları AzVak.az-da

Azərbaycan Mərkəzi Bankı rəqəmsal bankçılıq artımı Azərbaycan internet bankçılıq statistikası 2025 mobil bankçılıq istifadəçiləri nağdsız köçürmələr bank sektorunda rəqəmsallaşma fintech inkişafı bank xidmətləri transformasiyası Azərpoçt bank xidmətləri rəqəmsal maliyyə ekosistemi elektron köçürmələr statistikası.
Избранный
9
4
marja.az

7Источники