İranın yeni Ali Lideri Ayətullah Müctəba Xamenei sağ-salamatdır və tezliklə yeni bir müraciət edə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Esmail Bəqayi bildirib.
"Sizə deyə bilərəm ki, o, yaxşıdır", - Baqayi NDTV-yə bildirib.
"Siz artıq onun mesajını eşitmisiniz və ümid edirəm ki, o, tezliklə ictimaiyyətə başqa bir mesaj verəcək", - deyə İran xarici işlər nazirinin müavini vurğulayıb.
O qeyd edib ki, Yaxın Şərqdəki münaqişə "ABŞ və İsrail tərəfindən İrana qarşı tətbiq edilən müharibədir. İranlılar vətənlərini müdafiə etmək əzmindədirlər və biz hazırda bunu edirik", - Bəqayi qeyd edib.