Bakı, 17 mart, AZƏRTAC
Bu gün Ağdərənin Aşağı Oratağ kəndinə köçürük. Allah bütün şəhidlərimizə rəhmət eləsin, veteranlarımıza cansağlığı versin. Bizə evlər verilərək doğma yurdumuza qayıtmaq imkanı yaradıldığı üçün Prezidentimizə təşəkkür edirik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Ağdərə rayonunun Oratağ kəndinə köçən keçmiş məcburi köçkün Həqiqət İsmayılova
söyləyib.
Otuz iki yaşında məcburi köçkün düşdüyünü xatırladan Həqiqət İsmayılova bildirib ki, 34 ildir yurdundan ayrı olsa da, bu gün geri qayıdır.