RU

Hindistanda qəribə hadisə: İnadkar ər ölmüş hesab edilən arvadını dirildib

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Hindistanda həkimlərin öldüyünü güman etdiyi 33 yaşlı Komal Camvar onun ölümü ilə barışmayan fədakar həyat yoldaşı sayəsində yenidən həyata qayıdıb.

Oxu.Az "Times of India" nəşrinə istinadən xəbər verir ki, peşəsi elektrikçi olan kişi xəstəxanada həyat yoldaşına 35 dəqiqə ərzində süni nəfəs verib. Nəticədə, qadın qəfildən yenidən nəfəs almağa başlayıb.

Komal Camvarın sözlərinə görə, hər şey ayağındakı sadə bir uyuşma ilə başlayıb. Həkimlər əvvəlcə bunun adi qıcolma olduğunu düşünsələr də, qadının vəziyyəti sürətlə pisləşib. Ona iflicə səbəb olan nadir Qiyen-Barre (Guillain-Barré) autoimmun sindromu diaqnozu qoyulub. Müalicə üçün bahalı iynələr tələb olunurdu. Ailə böyük çətinliklə vəsait tapsa da, iynələr vurulduqdan sonra Komalın bədəni tamamilə iflic olub və nəfəsi dayanıb.

Həkimlər qadının öldüyünü elan edərək cəsədin morqa aparılmasına göstəriş veriblər. Lakin "Mata Vaishno Devi" məbədində elektrikçi işləyən həyat yoldaşı buna inanmaqdan imtina edib. O, ümidini itirmədən arvadına süni nəfəs verməyə başlayıb və bunu fasiləsiz 35 dəqiqə davam etdirib. Bir müddət sonra qohumları Komalın yenidən nəfəs aldığını eşidiblər.

Qadın təcili olaraq başqa xəstəxanaya köçürülüb. Orada məlum olub ki, əvvəlki müalicə səhv tətbiq edilib və az qala onun ölümünə səbəb olacaqmış. Komal doqquz ay yataqda iflic vəziyyətində qalsa da, həyat yoldaşının, qayınanasının və fizioterapevtin gündəlik qayğısı nəticəsində bir neçə ildən sonra yenidən ayağa qalxmağı bacarıb.

Hazırda Komal Camvar tam sağlamdır və müstəqil hərəkət edir. O bildirir ki, ailəsinin sevgisi və övladlarını böyütmək arzusu onu yenidən həyata bağlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
85
oxu.az

1Источники