RU

Ərdoğan: İslam dünyası həmrəy olmalı, mübahisələri kənara qoymalıdır

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ankara, 17 mart, AZƏRTAC

İslam dünyası həmrəy olmalıdır. Xüsusilə hazırkı kritik dövrdə sağlam düşüncəyə üstünlük verilməli, müsəlmanlar sülh və dinclik içində birgə həyat mühitini qurmalıdırlar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Qədr gecəsi münasibətilə təşkil olunan proqramda bildirib.

Ölkə başçısının sözlərinə görə, əgər İslam dünyası “çirkli və qanlı ssenarilərin” yenidən səhnələşdirilməsinə icazə versə, nəticələr ağır olacaq.

“Rəqabət və fikir ayrılıqları müsəlmanları zəiflətməməlidir. Əsrlər boyu davam edən mübahisələri kənara qoymalı, “Allahın ipindən” möhkəm yapışmalı, bir-birimizi dəstəkləməli və yaralara birgə məlhəm olmalıyıq”, – deyə Prezident Ərdoğan vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
120
4
azertag.az

5Источники