İtaliya A seriyasında 29-cu tura yekun vurulub.
QOL.az xəbər verir ki, turun son matçında “Fiorentina” səfərdə “Kremoneze”nin qonağı olub. Görüş Florensiya klubunun qələbəsi ilə başa çatıb.
“Kremoneze” - “Fiorentina” - 1:4
Qollar: Parisi, 25 (0:1), Pikkoli, 32 (0:2), Dodo, 49 (0:3), Okereke, 57 (1:3), Qudmundsson, 70 (1:4)
Bu qələbə sayəsində xallarının sayını 28-ə çatdıran “Fiorentina” turnir cədvəlində 16-cı pilləyə yüksəlib. “Kremoneze” isə 24 xalla 18-cidir.