ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
"Real" yay transfer pəncərəsində heyətini gücləndirmək üçün iddialı planlar hazırlayır.
Axar.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, İspaniya nəhəngi "Bavariya"da çıxış edən Maykl Olise ilə maraqlanır.
"Kral klubu"nun prezidenti Florentino Peres fransalı futbolçunun oyun keyfiyyətlərini yüksək qiymətləndirir. O, 24 yaşlı vingerin transferi üçün 160 milyon avro məbləğində təklif irəli sürməyə hazırdır.
Qeyd edək ki, "Bavariya" Maykl Oliseni 2024-cü ilin yayında "Kristal Pelas"dan 53 milyon avroya transfer edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.