RU

NATO Türkiyədə raketdən müdafiə sistemini gücləndirə bilər

NATO Türkiyədə raketdən müdafiə sistemini gücləndirməyi nəzərdən keçirir.Bu barədə “Bloomberg” nəşri mənbələrə istinadən bildirib.

Məlumata görə, məsələ ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi birgə əməliyyatlardan sonra Yaxın Şərqdə gərginliyin artması fonunda müzakirə olunur. Bildirilir ki, Türkiyənin şərqində artıq bir “Patriot” raketdən müdafiə batareyası yerləşdirilib və NATO regiona əlavə sistem göndərilməsi imkanını nəzərdən keçirir.

Nəşrin yazdığına görə, planlaşdırılan addımın məqsədi Türkiyəni qonşu İrandan qaynaqlana biləcək mümkün raket təhdidlərindən qorumaqdır.

Избранный
43
1
anews.az

2Источники