RU

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları və sonradan aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib.

Milli Olimpiya Komitəsindən (MOK) Publika.az-a verilən məlumata görə, taekvondoçu Qaşim Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medalları artıq yenisi ilə əvəz olunub.

Medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə göndəriləcək.

Medalların təqdimatı üçün Olimpiya mükafatçıları MOK-a dəvət olunacaq və yenisi ilə əvəz olunan medallar onlara təqdim ediləcək.

Избранный
69
30
publika.az

10Источники