RU

Yarım milyardlıq sərvət tapıldı -

Dünyanın ən böyük litium yataqlarından biri olan Konqodakı Manono yatağı ixraca başlamaq üzrədir.Metbuat.az xəbər verir ki, Konqo hökuməti Avstraliya şirkəti ilə müqavilələri ləğv edərək, layihəni Çin şirkətlərinə verib. Bildirilir ki, emal olunan litium əvvəlcə Çin bazarına göndəriləcək.

Qeyd edək ki, Manono yatağı təkcə kommersiya qazancı mənbəyi deyil, həm də ABŞ ilə Çin arasında geosiyasi rəqabətin elementinə çevrilib. ABŞ administrasiyası Konqonun litium tədarükünü Qərb bazarlarına yönləndirmək üçün diplomatik təzyiqlərini davam etdirir. Manono yatağı barədə həmçinin mülkiyyət mübahisələri müşahidə edilir. Yatağın bir hissəsinin hüquqları ABŞ tərəfindən dəstəklənən “KoBold Metals” şirkətinə məxsusdur. Çinli rəqiblərindən fərqli olaraq ABŞ tərəfi mülkiyyət məsələləri həll olunana qədər emala başlamayacağını bəyan edib. Manono yatağında 669 milyonluq ehtiyat olduğu irəli sürülür.

Избранный
69
8
metbuat.az

9Источники