RU

Fransada merin cansız cəsədi aşkarlandı

Yazını böyüt
Yazını kiçilt

Fransanın Viodos-Abens-de-Ba kommunasının meri Kristian Bersait bələdiyyə seçkisinin birinci turunda məğlub olub və bir müddət sonra ölü halda tapılıb.

Hafta.az xəbər verir ki, bununla bağlı "Figaro" nəşri məlumat yayıb.

Bildirilib ki, seçkinin birinci turu martın 15-də keçirilib. Ertəsi gün səhər K.Bersait yerli jandarmeriya bölməsinin əməkdaşları tərəfindən kommunanın yaxınlığındakı meşəlik ərazidə ölü halda aşkarlanıb. Onun avtomobili də orada olub.

K.Bersaitin intihar etdiyi ehtimal olunur. Prokurorluq araşdırma aparır.

Избранный
36
6
hafta.az

8Источники