RU

İranın ayaqda qalmasının tək SƏBƏBİ BUDUR: Amerikanın İrandakı pərdəarxası MƏQSƏDİ..

"Dünya siyasətində baş verən son proseslər və formalaşan yeni hərbi-siyasi ittifaqlar beynəlxalq arenada gərginliyi artırmağa davam edir. Xüsusilə Qərbin keçmişdə atdığı addımların bu gün arzuolunmaz ssenarilərə yol açması siyasi ekspertlər tərəfindən geniş təhlil olunur".

Musavat.com xəbər verir ki, bu sözləri "TV Musavat"ın canlı efirində siyasi şərhçi Mehman İsmayılov deyib. O bildirib ki, Qərb Rusiyanın parçalanmasından qorxaraq onu yenidən dikəltdi və nəticədə imperiya yaratmaq həvəsi ilə yaşayan diktatura rejimi ayağa qalxdı. Ekspertin fikrincə, bu səhvin nəticəsi olaraq hazırda Rusiya, İran, Çin və Şimali Koreyadan ibarət təhlükəli bir dördbucaqlı yaranıb. Mehman İsmayılov qeyd edib ki, Rusiya və İran uzun müddət Çin-İran-Rusiya koalisiyası yaratmağa çalışsalar da, hazırda bu ölkələrin heç biri bərabərhüquqlu müttəfiq deyil. Onun sözlərinə görə, indi həm Rusiya, həm Şimali Koreya, həm də İran birbaşa Çinin peykləri (satellitləri) hesab olunur və onların hamısının arxasında Çin dayanıb.

Siyasi şərhçi vurğulayıb ki, Rusiyanın Ukraynada məğlub edilə bilməməsinin əsas aparıcı səbəblərindən biri məhz Çinin etdiyi hərtərəfli yardımdır. Bura Rusiya neftinin alınması, maliyyə dəstəyi, həmçinin raket və dron istehsalı üçün lazım olan texnoloji hissələrin tədarükü daxildir. Eyni zamanda, İranın və Şimali Koreyanın da bu gün iqtisadi və hərbi cəhətdən ayaqda qalmasının tək səbəbkarı Çindir. M.İsmayılovun qənaətinə görə, hazırda ABŞ-ın qarşısında duran ən ümdə məsələ bu koalisiyanı dağıtmaqdır. ABŞ və İsrail İranı Rusiya və Çinin pəncəsi altından çıxarmayana, onun coğrafiyasını və təbii resurslarını nəzarətə götürməyənə qədər bu qarşıdurmanı davam etdirəcəklər.

İran isə öz növbəsində Amerika və İsrailə qarşı müqavimət hərəkatı təşkil etməyə çalışır. Lakin rəsmi Tehran bunu danışıqlar yolu ilə deyil, zərbələr endirməklə və müharibəni öz sərhədlərindən kənara çıxarmaqla həyata keçirmək niyyətindədir. Bu strateji addımlar Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt, Oman və Bəhreyn kimi ölkələrə qarşı hesablanıb. Ekspert qeyd edib ki, İranın ABŞ qarşısında uzunmüddətli müqavimət göstərməsi yalnız Çinin dəstəyindən asılıdır, çünki İranın iqtisadi və maliyyə imkanları belə bir müharibəyə imkan vermir. Son olaraq o bildirib ki, ABŞ İranın 1 milyonluq ordusuna qarşı quru əməliyyatlarına başlamaqda maraqlı deyil, çünki bu, "Vyetnam" və ya "Əfqanıstan" sindromuna çevrilərək İranın xeyrinə işləyə bilər. Bu səbəbdən də Birləşmiş Ştatlar quru döyüşləri əvəzinə havadan nöqtə zərbələri endirməyə üstünlük verir.

Musavat.com

Избранный
63
musavat.com

1Источники