“Real” yayda heyətinin gücləndirilməsi ilə bağlı planlar qurur. Msport.az xəbər verir ki, Madrid klubu növbəti transper “pəncərəsi”ndə “Bayern”in vingeri Maykl Oliseni heyətə qatmağı düşünür.
Kral klubunun prezidenti Florentino Peres fransalı futbolçunun oyununu yüksək qiymətləndirir və ona 160 milyon avro ödəməyə hazırdır.
Lakin “Bayern” hələ ki Oliseni satmaq istəmir. Fransalı vinger ikinci mövsümdür ki, Münhen təmsilçisindədir.
O, bu müddət ərzində 93 oyunda 35 qol vurub və 50 məhsuldar ötürmə verib.