RU

"Azercell" şirkəti "Turkcell Azərbaycanın mobil operatoruna satılacaq" iddialarına cavab verdi

Türkiyə mətbuatında yer alan xəbərlərdə, Türkiyənin ən böyük GSM operatoru olan "Turkcell"in Türkiyə Aktivlərin İdarə Edilməsi Fondunun nəzarətində olan səhmlərinin Azərbaycanın mobil operatoru "Azercell"ə satıla biləcəyi iddia olunub.

Məsələ ilə əlaqədar “Azercell Telekom” MMC Marja.az saytının sorğusunu cavablandırıb.

Cavabda bildirilib:

"Sorğunuza cavab olaraq bildiririk ki, “Azercell Telekom” MMC "Turkcell"in alınmasını və ya Türkiyə bazarına genişlənməsini planlaşdırmır.

Şirkətin strateji prioriteti Azərbaycanın rəqəmsal ekosisteminin inkişafına töhfə vermək, ölkədə qabaqcıl rabitə infrastrukturu və rəqəmsal xidmətlərin genişləndirilməsinə yönəlmiş layihələri davam etdirməkdir.

Bu istiqamətdə Azercell bütün səylərini ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsinə və müştərilər üçün əlavə dəyər yaradan innovativ həllərin inkişafına yönəldir".

Azercell Turkcell Türkiye Varlık Fonu Azercell açıqlaması Turkcell iddiası Turkcell səhmlərinin satışı iddiası Türkiyə telekom bazarı Azercell Türkiyə bazarı planları mobil operator xəbərləri telekommunikasiya sektoru Azərbaycan telekom şirkətləri investisiya xəbərləri rəqəmsal transformasiya Azərbaycan rabitə infrastrukturu inkişafı rəqəmsal ekosistem Azərbaycan mobil rabitə xidmətləri telekom sektorunda strateji prioritetlər Azercell rəqəmsal xidmətlər Azərbaycan telekommunikasiya bazarı innovativ rabitə həlləri.
Избранный
85
1
marja.az

2Источники