RU

Yeniyetmə “Gelandewagen” sürərək ad gününü qeyd etdi 14 HA 014 VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Sürücülük hüququ olmadan avtomobil idarə edən yeniyetmənin görüntüləri sosial şəbəkədə yayılıb.

Avtosfer.az-ın məlumatına görə, görüntülər Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 14-HA-014 dövlət nömrə nişanlı “Mercedes G500” markalı avtomobilin sürücüsü sükan arxasındaykən doğum gününü qeyd edib. Kadrlardan aydın olur ki, o, maşınla ad günü tortuna yaxınlaşaraq üzərindəki “14” rəqəmini “15” ilə dəyişib. Digər videoda da yeniyetmə avtomobillə yaşayış sahəsində hərəkət edib və bu an dostu tərəfindən lentə alınıb.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 335.1 maddəsinə əsasən, nəqliyyat vasitəsinin sahiblik hüququ olan şəxs tərəfindən avtomobili sürmək üçün sürücülük hüququ olmayan şəxsə verilməsinə görə, fiziki şəxslər 60 manat, vəzifəli şəxslər 200 manat,  hüquqi şəxslər isə 2 000 manat məbləğində cərimə edilirlər. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
54
avtosfer.az

1Источники