RU

Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir - yeni çıxış yaradılır

Bakı.Trend:

Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi iləkəsişməsində icra olunan layihə artıq yekunlaşmaq üzrədir. Yaxıngünlərdə ərazini yeni görkəmdə görmək mümkün olacaq.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA) məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində ərazidəki arakəsmə ləğvedilərək Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və“20 Yanvar” dairəsi istiqamətində birbaşa çıxış təmin edilir.Bununla da nəqliyyat vasitələrinin Əbdülvahab Salamzadə küçəsindənsağa döndükdən sonra Tbilisi prospektində geriyədönmə etməsinəticəsində yaranan yüklülük aradan qalxacaq.
Həmçinin Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi iləkəsişməsi işıqforla nizamlanacaq, piyadaların rahat hərəkəti üçüntəhlükəsiz keçid imkanları yaradılır.

Layihə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyatinfrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçünDövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlərə uyğunolaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Baş Dövlət YolPolisi İdarəsi və Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi iləbirgə icra edilir.

Məqalədə:
Избранный
25
15
az.trend.az

10Источники