RU

Mbappe və Bellingemin MS ilə səfər matçında oynayıb-oynamayacaqları dəqiqləşdi

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Mançester Siti"ni Madriddə 3:0 hesabı ilə yenən "Real Madrid"in iki ulduzu - Cud Bellingem və Kilian Mbappenin martın 17-də baş tutacaq cavab qarşılaşmasında meydana çıxıb-çıxmayacaqları dəqiqləşib.

Fanat.Az xəbər verir ki, fevralın əvvəlindən komandasına kömək etməyən Bellingemin və təxminən 1 ay kənarda qalan Mbappenin adı "Etihad"da reallaşacaq görüşün iştirak ərizəsinə salınıb.

Xatırladaq ki, "Real"ın ilk dueldəki hər üç qoluna uruqvaylı hücumçu Federiko Valverde imza atıb. Tərəflərin İngiltərədəki oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Toğrul

Избранный
24
2
fanat.az

3Источники