"Yeni Sabah" xəbər verir ki, o, Azərbaycan ədəbiyyatında dedektiv janrın banisi olan yazıçı Cəmşid Əmirovun nəvəsidir.
Baba Cəmşid Cabbar oğlu Əmirov 1918-ci il fevral ayının 10-da Naxçıvan şəhərində anadan olub. O, məşhur detektiv romanı olan "Qara Volqa"nın, eyni zamanda "Sahil əməliyyatı", "Brilyant məsələsi" və "Şəhər yatarkən" kimi məşhur əsərlərin müəllifidir. Yazıçı 1982-ci il dekabrın 29-da vəfat edib.
MİDA Aparatının yeni rəhbəri Cəmşid Əmirovun (nəvə) atası Çingiz Əmirov da məşhur şəxsdir. Ədliyyə polkovniki Ç.Əmirov 1993-1996-cı illərdə ədliyyə nazirinin müavini - nazirliyin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (hazırkı Penitensiar xidmətin) rəisi olub. O, 1996-cı ildə xidmət zamanı 47 yaşında vəfat edib.
Nəvə Cəmşid Çingiz oğlu Əmirov isə 1987-ci ildə Bakı şəhərində anadan olub. O, bundan əvvəl "MİDA" MMC-nin direktor müavini vəzifəsində çalışıb.