Hurriyyet saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını açıq saxlamaq üçün yaratmağı planlaşdırdığı beynəlxalq koalisiyaya böyük dövlətlərdən gözlənilən dəstək gəlməyib.
"AzPolitika" xəbər verir ki, Almaniya, Yaponiya və Çin bu təşəbbüsə ehtiyatlı yanaşır.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian Pekində keçirilən brifinqdə Trampın koalisiya çağırışı ilə bağlı suallara konkret cavab verməkdən yayınaraq bildirib ki, Çin bütün tərəflərlə əlaqə saxlayır və vəziyyətin gərginləşməməsi üçün çalışır.
Trampın planına yalnız Çin deyil, ABŞ-nin yaxın müttəfiqlərindən olan Yaponiya da ehtiyatla yanaşır.
Yaponiya Baş naziri Sane Takaici parlamentdə çıxışı zamanı boğaza hərbi gəmi göndərilməsi barədə hələ qərar verilmədiyini bildirib və ölkəsinin bu məsələdə müstəqil şəkildə hansı addımları ata biləcəyini araşdırdığını deyib.
Almaniyanın xarici işlər naziri Yohan Vadephul da Berlinin belə bir missiyada iştirak etməsini tələb edən “təcili ehtiyac” görmədiklərini bildirib. O əlavə edib ki, Almaniya ABŞ və İsraildən İrana qarşı aparılan hərbi əməliyyatların məqsədi və planları barədə daha çox məlumat istəyir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.