RU

İran daha bir neft yolunu bağlamaq istəyir

Birləşmiş Ərəb Əmirliklərinin Füceyra limanında neft yükləmə əməliyyatları dayandırılıb. AzVision.az xəbər verir ki, bu barədə Reuters agentliyinə iki mənbə məlumat verib. Bildirilir ki, qərar əmirliyin neft sənayesi zonasına İranın dron hücumundan sonra baş verən yanğın səbəbindən qəbul edilib.

Füceyra limanı Hörmüz boğazının yaxınlığında, Oman körfəzi sahilində yerləşir və adətən BƏƏ-nin “Murban” markalı xam neftinin gündəlik təxminən 1 milyon barelinin ixracı üçün əsas çıxış nöqtələrindən biri hesab olunur. Bu həcm qlobal neft tələbatının təxminən 1 faizinə bərabərdir.

Hazırda mülki müdafiə qüvvələrinin yanğını nəzarət altına almaq üçün iş apardığı bildirilir. Hadisə nəticəsində xəsarət alanların olmadığı qeyd olunur.

Məlumata görə, bu hadisə son günlərdə regionun mühüm yanacaqdoldurma mərkəzində baş verən ikinci ciddi fasilədir. Həftəsonu baş verən başqa bir dron hücumundan sonra limanda əməliyyatlar bazar günü bərpa olunmuşdu.

Bu qarşıdurma Hörmüz boğazından keçən gəmiçiliyə də ciddi təsir göstərir. Qeyd olunur ki, İran və Oman arasında yerləşən bu dar su yolu normal şəraitdə dünya üzrə neft tədarükünün təxminən beşdə birinin daşındığı əsas marşrutlardan biridir.

M. Həsənli
AzVision.az
Избранный
5
1
azvision.az

2Источники